• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Ərdoğan: Türkiyə dünyada sabitliyin təmin olunması üçün çalışır
SİYASƏT
21 Iyun 2025 | 17:22

Ərdoğan: Türkiyə dünyada sabitliyin təmin olunması üçün çalışır

"Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir".

Bakıvaxtı.az "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. 

Ərdoğan həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.

Gülşən Şərif


SON XƏBƏRLƏR