İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa dəstəyinə görə təşəkkür edib və iki ölkənin ortaq düşmənlərə qarşı mübarizədə birlikdə hərəkət etməyə davam edəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
“Cənab Prezident Tramp, mənə göstərdiyiniz səmimi dəstəyə və İsrailə, həmçinin yəhudi xalqına verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Biz ortaq düşmənlərimizi məğlub etmək, Qəzzada girov saxlanılan vətəndaşlarımızı azad etmək və sülh dairəsini sürətlə genişləndirmək üçün birgə işləməyə davam edəcəyik”, – o qeyd edib.
Baş nazir həmçinin ümid etdiyini bildirib ki, Yaxın Şərqdə İsraillə diplomatik münasibətlər quran ölkələrin sayı yaxın zamanda artacaq.