• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Pakistanda mina partladı: 4 öldü, bir neçə nəfər yaralanıb
DÜNYA
25 Iyun 2025 | 17:03

Pakistanda mina partladı: 4 öldü, bir neçə nəfər yaralanıb

Pakistanın şimal-qərbindəki Kurram rayonunda minanın partlaması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az "AP"a istinadən xəbər verir ki, partlayış qurbanlardan birinin Kurramda meşəlik ərazidə minanın üzərinə basması nəticəsində baş verib.

Bölgə polis zabiti Həbibullah Xan bildirib ki, ölənlər və yaralılar Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Kurram rayonunda xəstəxanaya aparılıb. Yaralıların dəqiq sayı hələlik məlum deyil. 

Partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR