• Bakı 24° C

    18.61 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var
DÜNYA
05 Iyul 2025 | 16:12

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

"Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalı, ölkədəki mövcud olan reallığı ifadə etməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Ermənistan Konstitusiyasının 30 illiyinə həsr olunmuş bayram tədbirində Baş nazir Nikol Paşinyan deyib.

"Reallıq belədir. Ermənistan Respublikası öz vətəndaşlarına deyir ki, Vətən və dövlət artıq eyni deyil. Lakin əvvəlki dövrlərdən, çox minillik tariximizdən fərqli olaraq, mesajımız son dərəcə aydın olmalıdır və bu mesajın mənalı ifadəsi Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni Konstitusiya olmalıdır. Və bu Konstitusiya deməlidir: siz Ermənistan Respublikasının vətəndaşısınız", - Paşinyan vurğulayıb.


SON XƏBƏRLƏR