• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Pensiya, müavinət, sosial yardım və təqaüd alanlara ŞAD XƏBƏR!
CƏMİYYƏT
09 Yanvar 2025 | 10:17

Pensiya, müavinət, sosial yardım və təqaüd alanlara ŞAD XƏBƏR!

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.

Sosial ödəniş alanlar üçün mağaza, market, aptek, klinika, restoran və digər məkanlarda 30 faizədək endirim var. Endirim təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.

Yeri gəlmişkən, bu günlərdə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə qeydiyyatda olan pensiyaçıların pensiyaları ödəniləcək. Pensiyanızı bankomatdan çıxarmadan pensiya kartınızla endirim təklif edən mağaza, market və apteklərdən alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız ödəniş etsəniz, 30 faizədək endirimdən faydalanmaq imkanı qazanacaqsınız. Pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etsəniz, bu endirimlərdən yararlana bilməyəcəksiniz. Çünki endirim yalnız sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş edildikdə tətbiq olunur.

Sosial ödəniş alanlar, “Bazarstore” və “Al market”dən alış-veriş edərək endirimlərdən faydalana bilərsiniz. Ölkəmizin bütün şəhər və rayonlarında bu marketlərin filialları fəaliyyət göstərir. Bazarlıq etdikdən sonra mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş edin ki, sizə avtomatik olaraq yerindəcə endirim tətbiq olunsun.

Yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət, təqaüd alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün “Buta” apteklər şəbəkəsi də endirimlər təklif  edir. Ölkəmizin hər yerində fəaliyyət göstərən bu apteklər şəbəkəsindən alış-veriş etdikdə sizə 3 faizdən 10 faizədək endirim tətbiq olunacaq.

“Baku Electronics”də də sosial ödəniş alan şəxslər üçün endirim fürsəti var. Mağazanın həm Bakıda, həm də regionlarda filialları fəaliyyət göstərir. Əgər endirimli qiymətlərlə məişət avadanlıqları, yaxud elektrotexnika məhsulları almaq istəyirsinizsə, onda bu mağazaya üz tutun. Amma alış-veriş etdikdən sonra hesabı sosial ödəniş kartı ilə ödəməyi unutmayın. Çünki ancaq bu halda sizə endirim tətbiq olunacaq, həm də yerindəcə, avtomatik olaraq. Fürsəti qaçırmayın!  

“McDonald’s” restoranlar şəbəkəsi də endirimli qiymətləri ilə yolunuzu gözləyir. Həm dadlı yeməklər yemək, həm də hesabı endirimli qiymətlərlə ödəmək istəyirsinizsə, bu restoranın Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərsiniz. Sosial ödəniş alanlara endirim təklif olunan bu məkanlara övladlarınız, nəvə-nəticələrinizlə gedin, qoy körpələr sevinsin, siz isə endirimlərdən faydalanaraq qazanclı çıxın.

Bakı, Sumqayıt və Gəncə şəhərlərində ayaqqabı, çanta və idman geyimlərinin satışını reallaşdıran “FLO” mağazasında da sosial ödəniş alanlara endirimlər tətbiq olunur. Əgər bu mağazadan alış-veriş etmək istəyirsinizsə, tələsin! Hesabı da mütləq sosial ödəniş kartı ilə ödəyin ki, endirim fürsətindən faydalana biləsiniz.

Unutmayın ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə etdikdən sonra ödənişi məhz sosial ödəniş kartı ilə etməlisiniz.

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.


SON XƏBƏRLƏR