Hüquq-mühafizə orqanları "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin binasında əməliyyat keçirir.
Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Natalya Saracyan bildirib.
"Bizim iş günümüz saat 09:00-da başlayır. Onlar daha tez gəliblər, binaya daxil olublar və heç kimi içəri buraxmırlar", - o qeyd edib.
Daha əvvəl "Ermənistan Elektrik Şəbəkələri"nin direktorlar şurasının sədri Narek Karapetyanın evində axtarışların aparıldığı məlum olub.
Xatırladaq ki, qurumun ofisində axtarışlar iyunun 2-də aparılıb. Bundan sonra xüsusilə iri məbləğdə pulların yuyulması və vergilərdən yayınma maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində şirkətin dörd əməkdaşı həbs edilib.