Ukrayna Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (OPCW) Rusiya tərəfindən kimyəvi silahların istifadəsinin araşdırılması üçün çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, Kiyev rəsmi şəkildə məsələyə baxılması üçün təşkilata müraciət ünvanlayıb.
Xatırladaq ki, ötən həftə Almaniya və Niderlandın xarici kəşfiyyat orqanları Rusiya tərəfindən Ukrayna müharibəsində kimyəvi silahların geniş istifadəsi ilə bağlı sübut topladıqlarını bəyan etmişdi.