Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ali Baş Komandanın qərargahının iclasında Ruiyanın Kursk və Belqorod vilayətlərində mövqelərin bərpası və ərazilərin saxlanılması barədə məlumat verib.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.
“Bölmələrimizin fəal müdafiədəki hərəkətləri sayəsində düşmənin Pokrovsk və Novopavlovsk istiqamətlərində müdafiəmizə dərindən irəliləmək və Dnepropetrovsk vilayətinin inzibati sərhədlərinə çatmaq cəhdlərinin qarşısını aldıq. Rusiyanın Kursk və Belqorod vilayətlərində mövqelərimizi bərpa etmişik və əraziləri nəzarətimizdə saxlayırıq”, - o bildirib.