• Bakı 23° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Di Mariyanın yeni klubu bəlli oldu
İDMAN
08 Iyul 2025 | 18:23

Di Mariyanın yeni klubu bəlli oldu

Argentina klubu "Rosario Sentral" sağ cinah vingeri Anxel Di Mariyanın transferini rəsmən açıqlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, klub futbolçunun geri qayıdışı münasibətilə mətbuat konfransı keçirib.

Qeyd edək ki, Di Mariya bu klubun akademiyasının yetirməsidir. O, 2006-2007-ci illərdə "Rosario Sentral"ın əsas komandasında çıxış edib. Bu müddət ərzində 39 oyuna çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

37 yaşlı hücumçu son olaraq Portuqaliyanın "Benfika" klubunun formasını geyinib. O, 2023/2024 mövsümündə Portuqaliya Liqasında 25 oyunda 8 qol və 5 assistlə yadda qalıb.


SON XƏBƏRLƏR