• Bakı 23° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ayın 8-i kabusu... - Ailənin 5-ci üzvü də öldü

HADİSƏ

08 Iyul 2025 | 22:40

Ayın 8-i kabusu... - Ailənin 5-ci üzvü də öldü

Bu gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.

Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, bu, İsmayılovlar ailəsində bir il ərzində 5-ci ölüm hadisəsidir.

Belə ki, bundan öncə Qırılı kəndində 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, müayinə zamanı azyaşlının öldüyü məlum olub. 

Ötən ilin avqustunda isə İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.

Bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.

Maraqlıdır ki, ölüm hadisələri müxtəlif ayların eyni gününə - 8-nə təsadüf edib.


SON XƏBƏRLƏR

08 Iyul 2025