“Zirə” yeni futbolçu ilə anlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Bakı təmsilçisi Vinsent Tilli heyətinə qatıb.
Luksemburqlu futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq “Sabah”da çıxış edib.