• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bütün proseslərə Qərbin gözü ilə baxmamalıyıq - AÇIQLAMA 

SİYASƏT

08 Iyul 2025 | 10:07

Bütün proseslərə Qərbin gözü ilə baxmamalıyıq - AÇIQLAMA 

"Belə həbslər hər ölkədə baş verə bilər və verir”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əhəd Məmmədli Türkiyədə korrupsiya və qanunsuz əməllərdə ittiham olunan bələdiyyə sədrlərinə yönəlik əməliyyatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçiləndən sonra əvvəlki hökumət zamanı həbs edilmiş 1500 siyasi məhbusu həbs etdi: 

"Amma həmin ana kimi heç kimin bu barədə məlumatı yox idi. Sən demə, ABŞ-də hökumət tərəfindən həbsə atılmış 1500 siyasi məhbus var imiş. Ona görə də kənar, xüsusən Qərbin narrativləri ilə düşünməməliyik, onların yönləndirməsi ilə hərəkət etməməliyik. Yəni Qərb ancaq öz məqsədləri, maraqları üçün kimisə "siyasi" məhbus", "demokrat", kimisə "diktator" kimi qələmə verir”. 

Müsahibimiz qeyd edib ki, Türkiyədə qanunsuz əməllər törəmiş bələdiyyə sədrlərinin həbsini tənqid edənlərə, onları "siyasi məhbus" adlandıranlara demək lazımdır ki, niyə ABŞ-də 1500 adam həbsxanada yatanda səsləri çıxmırdı?! Digər Qərb ölkələrində yüzlərlə siyasi-ictimai şəxslər "terrorist", "avtoritet", "qaçaqmalçı" adı ilə müxtəlif ittihamlarla saxlanılıblar: 
“Ondan da danışmırlar. Heç olmasa Rusiyada qanunsuz saxlanılan diaspor fəallarımıza görə səslərini ucaltsınlar". 

Əhəd Məmmədli: Rüşvət almış, qanunsuz əməl törətmiş şəxslərin həbsi siyasiləşdirilməməlidir

Analitik qeyd edib ki, Türkiyəyə qərəzdən dolayı orada baş verən hər hadisəni kontekstdən çıxararaq başqa don geyindirməyə çalışırlar: 

"Məgər, CHP-li bələdiyyələr, bələdiyyə sədrləri korrupsiyaya bulaşa bilməz? Rüşvət almış, qanunsuz əməl törətmiş şəxslərin həbsi siyasiləşdirilməməlidir”.

“Baş verənlər Türkiyənin daxili işidir. Əgər Türkiyədə yaşananlar qardaş ölkənin maraqlarına cavab verirsə, Azərbaycanın da maraqlarına cavab verir. Türkiyədə baş verən proseslərə Qərbin gözü ilə baxmamalıyıq", - deyə Əhəd Məmmədli qeyd edib.

Qeyd edək ki, Türkiyədə korrupsiya və qanunsuz əməllərdə ittiham olunan bələdiyyə sədrlərinə yönəlik əməliyyatlar davam etməkdədir. 

Bakıvaxtı.az-ın məlumatına görə, Adana bələdiyyəsinin sədri Zeydan Karalar və Adıyaman bələdiyyəsinin sədri Abdurrahman Tutdere barəsində həbs qərarı çıxarılıb. Hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və bələdiyyələrin inzibati binalarında axtarışlara başlanılıb. 

Qeyd olunub ki, bəzi bələdiyyələrin yüksək vəzifəli şəxslərinə rüşvət verməklə tender proseslərini öz maraqları istiqamətində yönəltməsi ilə bağlı genişmiqyaslı istintaq davam etdirilir. 
Bundan öncə Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda da bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib. Əməliyyat zamanı korrupsiya ittihamı ilə CHP-li bələdiyyə sədri Niyazi Nefi Kara da daxil olmaqla, bir neçə şəxs saxlanılıb. Ötən gün isə Türkiyə prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı təhqir və hədələmə ittihamları üzrə istintaqa başlayıb. 

Aydın Baxış


SON XƏBƏRLƏR