• Bakı 27° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bakının bu qəsəbəsində işıq olmayacaq

CƏMİYYƏT

08 Iyul 2025 | 10:45

Bakının bu qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada həyata keçirilən təmir və təftiş işləri ilə əlaqədar iyulun 8-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Bülbülə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR