• Bakı 23° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Putin və Cinpin Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
DÜNYA
19 Iyun 2025 | 14:10

Putin və Cinpin Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə telefonda danışıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, söhbət mehriban və konstruktiv keçib.

"Putin və Cinpinlə Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Rusiya və Çin İsrailin beynəlxalq hüququ və BMT Nizamnaməsini pozan hərəkətlərini kəskin şəkildə pisləyiblər. Pekin və Moskva vəziyyətin güc yolu ilə həllinin mümkün olmadığını hesab edir. Putin və Cinpin yaxın günlərdə təmasların və fikir mübadiləsinin aparılması üçün iki ölkənin qurum və xidmətlərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəliblər", - Kreml rəsmisi qeyd edib.


SON XƏBƏRLƏR