• Bakı 23° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Qan təzyiqini aşağı salmaq üçün ən yaxşı pəhriz
CƏMİYYƏT
19 Iyun 2025 | 14:32

Qan təzyiqini aşağı salmaq üçün ən yaxşı pəhriz

Həm keto pəhrizinin, həm də Aralıq dənizi pəhrizinin yüksək qan təzyiqi ilə mübarizədə eyni dərəcədə təsirli olduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq alimlər qrupunun kliniki araşdırmasının nəticələri "Nutrients" jurnalında dərc olunub.

Məlumata görə, tədqiqatda yüksək qan təzyiqi olan 26 kilolu (və ya obez) könüllü 2 qrupa bölünüb. Birinci qrup keto pəhrizinə, ikincisi isə Aralıq dənizi pəhrizinə riayət edib.

Qeyd olunub ki, keto pəhrizi minimum miqdarda karbohidratlar olan yağların və zülalların aktiv istehlakını nəzərdə tutur. Pəhrizin əsas elementləri ət, balıq, yumurta və pendirdir. Aralıq dənizi pəhrizi, əksinə, tərəvəz, meyvə, balıq, tam taxıl və zeytun yağına əsaslanır. Bu məhsullarda daha çox karbohidrat və kalium, daha az isə natrium var.

Belə ki, hər iki qrup eyni miqdarda kalori, yəni gündə təxminən 1300 kalori istehlak edib.

Üç aydan sonra bütün iştirakçılar çəkilərini, bədən kütləsi indeksini, bel çevrəsini, bədən yağının faizini və qan təzyiqini azaldıblar.

Bununla belə, keto pəhrizində olanlarda gecə qan təzyiqinin daha çox azaldığı müşahidə olunub.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, hər iki pəhriz piylənmə və hipertoniya ilə mübarizədə təsirli ola bilər. Onların arasında seçim şəxsi üstünlüklərə, sağlamlıq vəziyyətinə və həkimin tövsiyələrinə əsasən aparılmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR