• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü həbs edildi
CƏMİYYƏT
14 Avqust 2025 | 09:40

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü həbs edildi

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

13 Avqust 2025