• Bakı 27° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Avtoşluq edən daha bir motosiklet sürücü həbs edildi - VİDEO
HADİSƏ
14 Avqust 2025 | 11:19

"Avtoşluq" edən daha bir motosiklet sürücü həbs edildi - VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

Bu Barədə Bakıvaxtı.az-a Bakı Şəhər DYP İdarəsindən bildirilib.

Məlumata görə, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

 


SON XƏBƏRLƏR

13 Avqust 2025