• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

İran tranzit marşrutlarına çıxışı ilə bağlı çox həssasdır - Əraqçi
İQTİSADİYYAT
14 Avqust 2025 | 12:49

İran tranzit marşrutlarına çıxışı ilə bağlı çox həssasdır - Əraqçi

"İran qonşu dövlətlər arasında münasibətlərdə sülh və sabitliyin bərqərar olmasının tərəfdarı olmaqla yanaşı, regionun geosiyasi sabitliyinin və milli maraqlarının qorunub saxlanmasına xüsusi diqqət yetirir".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, açıqlamasında İranın tranzit marşrutlarına məhdudiyyətsiz çıxışının əhəmiyyətini vurğulayıb.

"İran ölkəmizin marşrutlara çıxışını və ya maraqlarının həyata keçirilməsini məhdudlaşdıra biləcək hər hansı plan və ya layihəyə xüsusi həssaslıqla yanaşacaq. Dəhliz yaradılması ilə bağlı istənilən razılaşma və ya plan region dövlətlərində sabitlik və təhlükəsizlik tələblərinə cavab verməlidir", - XİN rəhbəri əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Avqust 2025