• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Qaraçuxurda evdən 14 minlik qızıl-zinət əşyaları oğurlanıb
HADİSƏ
20 Iyun 2025 | 14:52

Qaraçuxurda evdən 14 minlik qızıl-zinət əşyaları oğurlanıb

Bakının Suraxanl rayonu, Qaraçuxur qəsəbəsində evdən dəyəri 14 min 400 manat olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR