• Bakı 21° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq
DÜNYA
22 Iyun 2025 | 12:41

Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları fonunda beynəlxalq vəziyyətin pisləşməsindən narahatlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları nəticəsində beynəlxalq vəziyyət sürətlə pisləşir və dünyanın bizim hissəsində yerləşən dövlətlərin təhlükəsizliyi üçün təhlükəli nəticələr verir”, - rəsmi bəyanatda deyilir.

Xəzəryanı dövlət olan Qazaxıstan İranla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayır. XİN-in bəyanatında qeyd olunur ki, bütün fikir ayrılıqları, o cümlədən nüvə məsələləri danışıqlar yolu ilə və BMT nizamnaməsinə ciddi uyğun olaraq həll edilməlidir.

Qazaxıstan tərəfi həmçinin maraqlı ölkələri nüvə silahının yayılmasının qarşısının alınmasına və beynəlxalq nəzarət altında yayılmama rejiminə əməl edən dövlətlər üçün təhlükəsizlik təminatlarının təmin edilməsinə yönəlmiş beynəlxalq saziş hazırlamağa çağırıb./Report


SON XƏBƏRLƏR

21 Iyun 2025