• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

QDİƏT PA 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB
İQTİSADİYYAT
19 Iyun 2025 | 12:25

QDİƏT PA 65-ci Baş Assambleyasının iştirakçıları Şuşada səfərdədir - YENİLƏNİB

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçıları Qarabağa səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən şəhər meydanı, Qala divarı və Cıdır düzü ilə tanış olacaq.

***

11:56

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qonaqlara Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılar, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə bağlı məlumat verilib.


SON XƏBƏRLƏR