• Bakı C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

Ramiz Rövşənin ağ vərəqlər qorxusu... -  Emil Rasimoğlu yazır
YAZARLAR
10 Avqust 2023 | 12:14

Ramiz Rövşənin ağ vərəqlər "qorxusu"... -  Emil Rasimoğlu yazır

Emil Rasimoğlu

Bəzən görürsən ki, birisi (hətta sənəti görə bilən birisi) deyir ki, filan şairin şeirini öz dilindən eşidəsən, dinləyəsən...

Bu, əksərən psixoloji faktordan qaynaqlanır. Çünki səs-şeir münasibətində çox vaxt səs şeirin bədii mahiyyətini özündə gizlədib, qarşısındakını psixoloji təsirdə saxlayır, saxlamağı bacarır.  Təbii ki, müəllifinin rolu ilə.

Ramiz Rövşəndə də bu "ədəbi siyasət" yaradıcılığın ana xəttidir, desəm yanılmaram...Adamın səsi mətnlərindən daha çox orijinaldı, ağırdı. Dinləyici (oxucu) sanki mətnin yox, səsin arxasına düşüb gedir. Ona görə də hətta deyərdim ki, son dövrlər Ramizi mətninə görə yox, səsinə görə axtarırlar. Məhz bu baxımdan da Ramiz Rövşən mətninin müəllifi olmaqdan çox, səsinin müəllifidir. Məsələn:

Məni saymayanı mən də saymadım,

Artdı gündən-günə saymadıqlarım.

Sən mənim başıma ağıl qoymadın,

Onların başına ağıl qoy barı. 

Yaxşı, gəlin görək, Ramizin Allaha xitabən yazdığı bu şeirdə sənəti, ədəbiyyatı, yaradıcı təfəkkürü...əks etdirəcək nə var? Bu şeiri (oxucu yox) sənətkar idrakı ilə sənət prizmasından yola çıxıb əvvəldən axıra qədər kim oxusa görəcək ki, şeir bəsit, özünəməxsus bədii məziyyəti olmayan bir yazıdır - sadəcə ahəngli bir "söz toplusu"dur. Amma Ramiz Rövşənin öz səsində məlum şeiri dinləyirsən ki...adamın səsi şeirdə sanki qala divara dönür...və hər kəs də o divarı aşıb şeiri görə bilmir.

Doğrudur, mənim kimi səsin ecazına düşməyib mətnin fərqində olanlar da az deyil. Amma bir fakt var ki, Ramiz ədəbiyyat adı altında bir zalı bu şeirlə "aldada" bilir (bilib).

Bəlkə də Ramiz Rövşənin ən çox "qorxduğu" yer ağ vərəqlərdi. Axı, ağ vərəqlər səsləri qəbul etmir...və Tanrının "Ramiz sirri" açılır...yekunda Ramizin şeirlərinin əksəriyyəti ağ vərəqlərin üstündə "ölür". Səsdə "dirilib", vərəqdə "ölən" şeirlər...

Digər tərəfdən Ramizin büsbütün yaradıcılığı üç mərhələdən ibarətdir; Folklordan gələn ənənəvi şeirlərin təkrarçılığı, mütaliədən yaranan şeirlər və özü olan hissə. Əslində özü tərəf çox azdı, kiçikdi. Hətta bir neçə şeirindədir. Fikirlərimi həmin hissələrin biri üzərində konkretləşdirim. Məsələn, Məhəmmədhüseyn Şəhriyar yazır ki; "Yatmış hamı, bir Allah oyaqdı, dəxi bir mən, Məndən aşağı kimsə yox, ondan da yuxarı."

Bəs, yaxşı, illər sonra Ramiz Rövşən nə yazır:

Nə var Allahdan yuxarı?

Nə var qəbirdən aşağı.

Mən hələ Ramizin bu misralarının Nəcib Fazil Qısakürək mərhələsinə toxunmuram. O da Ramiz Rövşən qarşısında bir başqa isbatdır (Bir az da mübahisəli isbat). Ancaq Ramizdən öncə bir Şəhriyar faktı ki, var. O fakt ki, qaçılmazdır...

İndi Ramiz Rövşən ədəbi sərhədlərində bu kimi hallar nədir? Mütaliədən gəlmə deyilmi? Ramizin yaradıcılığında belə "olaylara" çox rast gəlmək olar. O "olaylar" ki, istər Şərqə, istərsə də Qərbə məxsus matreallardan "gəlmələrdən" ibarətdir. Özdə ki, tək nəzm yox, oxuduğu nəsir kitablarından, dini, fəlsəfi kitablardan və.s... Məsələn, tək fikiri olduğu kimi götürüb istifadə etməkdə deyil. O bir yana...

Eyni zamanda, oxuyub görürsən ki, adamın yaradıcılığında şeirlərin əksəriyyətinin hətta psixologiyası, beyni, bədii rəng çalarları, ruhu...özünün poetik qəlbindən, dəzgahında hazırlanmayıb. ...və elə ona görə də "divarın o üzündə qalan Ramizə ağlayın" .

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

23 Fevral 2024