Danimarkada bu gündən, iyulun 1-dən etibarən qadınların kişilərlə bərabər 18 yaşında hərbi xidmətə çağırılmasını nəzərdə tutan yeni qanun qüvvəyə minib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” məlumat yayıb.
Danimarkada hərbi xidmətə çağırış proqramının rəhbəri, polkovnik Kennet Stromun dediyi kimi, Danimarka parlamentinin iyunun əvvəlində qəbul etdiyi qərar “hazırkı təhlükəsizlik vəziyyəti”nə əsaslanır.
"Onlar (qadınlar - red.) NATO-nun kollektiv qarşısını alma prosesində iştirak edə bilərlər. Çağırışçıların sayının artırılması sadəcə olaraq döyüş gücünün artmasına gətirib çıxaracaq", - o qeyd edib.