Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
O bildirib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar sübh saatlarında Bakıya çatacaqlar.
V. Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190 nəfərin qayıdışı gözlənilir.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı.