Şanxay şəhərinin hakimiyyət orqanları "Ko-Mey" tropik fırtınasının yaxınlaşması ilə əlaqədar 280 mindən çox insanı təxliyə edib.
Bu barədə Bakıvaxtı.az yerli KİV-ə istinadən məlumat verir.
Bildirilib ki, Şanxayın iki əsas hava limanında ən azı 640 reys ləğv edilə bilər.
Şanxayda bərə əlaqəsi tamamilə dayandırılıb və sürücülərə avtomobil yollarında sürəti saatda 60 kmə qədər azaltmaq tövsiyə edilib. Həmçinin bəzi qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hökumət vəziyyəti izləməyə davam edir, sakinlərə mümkün daşqınlar və torpaq çökmələri barədə xəbərdarlıq edilib.
Fırtına səhər saatlarında Çjetszyan əyalətinin Çjouşan şəhərinə çatıb. Bundan qısa müddət sonra Rusiyanın Kamçatka sahillərində güclü zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilib.