• Bakı 29° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Səhiyyə Nazirliyindən çağırış: Uşaqları günəş şüalarından necə qorumalı?
CƏMİYYƏT
12 Avqust 2026 | 15:21

Səhiyyə Nazirliyindən çağırış: Uşaqları günəş şüalarından necə qorumalı?

“Uşaqlar səhər saat 10-11-ə qədər, axşam isə saat 17:00-dan sonra günəş altında ola bilərlər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, saat 10:00-11:00-dan 17:00-a qədər ultrabənövşəyi şüalanmanın səviyyəsi yüksək olduğundan uşaqların birbaşa günəş altında qalması tövsiyə edilmir.

Onun sözlərinə görə, səhər və axşam saatlarında da uşaqlar günəş altında olduqda başlarına papaq qoyulmalıdır.

R.Nemətova qeyd edib ki, ultrabənövşəyi indeksin göstəricisini mobil telefonlardakı hava tətbiqləri vasitəsilə də izləmək mümkündür. Index yüksək olduqda uşağın birbaşa günəş şüalarından uzaqlaşdırılması vacibdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026