• Bakı 17° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi
CƏMİYYƏT
08 May 2025 | 16:22

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi

8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir.

Bu barədə Bakıvaxtı.az-a Audiovizual Şuradan məlumat verilib.

İclasın əvvəlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. İclasda çıxış edən Şura sədri və üzvləri dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışmış, onun Azərbaycan xalqı qarşısında, müasir Azərbaycanın güclü və demokratik dövlət kimi bərqərar olmasında, media üzərində senzuranın ləğv olunmasında, Azərbaycan mətbuatının, televiziya və radiosunun inkişaf etməsində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmişlər. Ulu Öndərin həyatı, fəaliyyəti, xalq və dövlət qarşısındakı tarixi xidmətlərinin Azərbaycan mediasında, o cümlədən televiziya və radio yayımında geniş işıqlandırılması təqdirəlayiq hal kimi qiymətləndirilmiş, tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsində belə materialların çoxluğunun əhəmiyyəti vurğulanmışdır.

Daha sonra gündəlikdə olan iki məsələyə baxılmışdır. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunmuşdur.

İclasda daha sonra "Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılmışdır. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilmişdir.

 

 


SON XƏBƏRLƏR