q
  • Bakı 18° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Səni öldürəcəyik! - Paşinyan təhdid olunur
SİYASƏT
18 May 2026 | 15:06

"Səni öldürəcəyik!" - Paşinyan təhdid olunur

Ermənistanda bir qrup şəxs ölkənin baş naziri Nikol Paşinyanın ictimai-siyasi fəaliyyəti və siyasi baxışları ilə əlaqədar olaraq onun həyatına təhlükə yaradan təhdid xarakterli videogörüntü yayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi  məlumat yayıb. 

Qeyd olunub ki, şəxsiyyətləri hələ müəyyən edilməmiş şəxslər canlı yayım zamanı Nikol Paşinyanı təhdid ediblər. Belə ki, sözügedən şəxslərdən biri yayımda  "Nikol, cavab verməlisən. Hara getdiyini, hansı küçələrdə gəzdiyini bilirik. Səni öldürəcəyik, Nikol Paşinyan", - deyib. Digər şübhəli şəxsin əlində silah görüntülənib. 

Komitənin məlumatına görə,  bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter sabotajının törədilməsi və odlu silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb. 

Cinayəti törədən şəxslərin şəxsiyyətini müəyyən etmək üçün ilkin istintaq aparılır.


SON XƏBƏRLƏR

17 May 2026