• Bakı 29° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Serbiyada dövlət çevrilişinin qarşısı ALINDI
DÜNYA
26 Iyun 2025 | 00:30

Serbiyada dövlət çevrilişinin qarşısı ALINDI

Belqrad Ali Prokurorluğunun tapşırığı əsasında Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin dəstəyi ilə konstitusiya quruluşunun zorla devrilməsini planlaşdıran 6 şübhəli şəxsi saxlayıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər iyunun 21-də Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər.

Onlar odlu silahdan istifadə etməklə dövlət orqanlarının nümayəndələrinə basqın etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, hökumət binalarına, digər dövlət qurumlarına, o cümlədən Serbiya Radio və Televiziyasının (RTS), Happy TV kanalının və İnformer portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Aparılan axtarışlar zamanı müxtəlif növ odlu silahlar müsadirə edilib. Onun barəsində silah və partlayıcı maddələrin qanunsuz saxlanması və daşınması ilə bağlı da cinayət işi açılıb.

Saxlanılanlar barəsində 48 saata qədər həbs qətimkan tədbiri seçilib. Bundan sonra onlar müvafiq ittihamlarla prokurorluğa aparılacaqlar.


SON XƏBƏRLƏR

25 Iyun 2025