• Bakı 24° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zelenski Ukraynanın silahlandırılmasını MÜZAKİRƏ ETDİ
DÜNYA
26 Iyun 2025 | 00:50

Zelenski Ukraynanın silahlandırılmasını MÜZAKİRƏ ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində E5 ölkələrinin liderləri - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və NATO-nun baş katibi Mark Rütte ilə görüşüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ukrayna lideri özünün telegram kanalında yazıb.

“Ukraynanın hava qalxanının gücləndirilməsi vacibdir və bu gün ilk növbədə hava hücumundan müdafiə sistemləri və İran dronlarını ələ keçirən qurğular haqqında danışdıq. Rusiyaya təzyiqlər ayrıca müzakirə edilib. Rusiya Federasiyası hücum əməliyyatlarını gücləndirir və müharibəni bitirmək istəyini nümayiş etdirmir. Ona görə də onların enerji və bank sektorları üzərində, kölgə donanmasına qarşı işləmək və ikinci dərəcəli sanksiyalar tətbiq etmək lazımdır”, - deyə Zelenski bildirib.

Zelenski görüş zamanı NATO və Alyansa üzv dövlətlərin Ukraynaya dəstəyinin vacibliyini qeyd edib: “Döyüşçülərimizə, əsl qəhrəman xalqımıza göstərdiyiniz böyük dəstəyə görə sizə təşəkkür edirik. Hava hücumundan müdafiə, reaktiv təyyarələrlə təlim missiyaları və yeni yardım paketlərinə görə, təşəkkür edirəm”.

Öz növbəsində isə Rütte qeyd edib ki, sammitin bəyannaməsində qeyd olunduğu kimi, NATO-nun Ukrayna ilə bağlı öhdəlikləri qüvvədə qalır:

“Siz indi və gələcəkdə özünüzü qorumaq, danışıqlar masası arxasında daha güclü olmaq, gələcəkdə təcavüzün qarşısını almaq və NATO-ya dönməz yolunuzda bizə arxalana bilərsiniz”.


SON XƏBƏRLƏR

25 Iyun 2025