Bu gün İran Silahlı Qüvvələri ölkə boyu genişmiqyaslı hərbi paradlar keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Tehranda keçirilən mərasimdə İran Prezidenti Məsud Pezeşkian və yüksək rütbəli hərbi rəsmilər iştirak ediblər.
Paradda "Şahid-136B" kamikadze pilotsuz uçan aparatları və min kilometr uçuş məsafəsinə malik "Cahad" raketləri təqdim edilib.
Eyni zamanda "360" raket kompleksi, "Fəcr" raketləri, "Qələvizan", "Zülfüqar", "Şəbdiz" və T-72M tankları, zirehli texnika və zirehli transportyorlar nümayiş olunub.