Türkiyə Super Liqasının 35-ci turunda keçiriləcək qarşılaşmaların hakimləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, "Trabzonspor" - "Qalatasaray" matçına Atilla Karaoğlan təyinat alıb.
Xatırladaq ki, "Trabzonspor" - "Qalatasaray" görüşü mayın 10-u saat 20:00-da başlayacaq.