• Bakı 18° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırıldı
CƏMİYYƏT
08 May 2025 | 18:17

399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırıldı

Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu ilin əvvəlindən piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işlər görülüb.

Bu barədə Bakıvaxtı.az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, ilin ilk 4 ayı ərzində 399 küçə və prospektdə 4172 yol nişanı quraşdırılıb. Müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlanıb:

"Bu nişanlar həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Korroziyaya dayanıqlı olan nişanlar maksimum işıqqaytarıcıdır və aydın görüntünü təmin edir.

Görülən işlər çərçivəsində 269 küçədə müxtəlif xətlənmə işləri icra edilib.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə 178 küçə və prospektdə 377 piyada keçidi bərpa olunub və ya yenisi təşkil edilib. Xətlənmə işlərində yeni texnologiyalardan istifadə olunub. 90 küçə və prospektdə 212 yerdə piyada keçidi ikikomponentli boya ilə çəkilib.

Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub. 111 küçə və prospektdə 165 yerdə piyada keçidində yol nişanlama texnologiyasında çoxfunksiyalı və keyfiyyətli boyalara üstünlük verilib. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi daha da artırılıb".


SON XƏBƏRLƏR