ABŞ Prezidenti Donald Trampın 7 iyulda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə Qəzza zolağında atəşkəs elan edəcəyi gözlənilir.
Bakıvaxtı.az bu barədəİsrailin "Yediot Ahronot" qəzetinə istinadla xəbər verir.
Belə ki, məlumata görə, tərəflər HƏMAS-la atəşkəs və məhbus mübadiləsi razılaşması üzrə razılığa yaxınlaşır.
HƏMAS-ın razılaşmaya müsbət yanaşdığı, lakin bəzi məsələlər – xüsusən fələstinli əsirlərin azadlığı ilə bağlı çətin danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, bu günə qədər İsrailin hücumları nəticəsində Qəzzada 102 fələstinli həlak olub.
Əli Hüseynov