• Bakı 16° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Tramp varislərini AÇIQLADI
DÜNYA
04 May 2025 | 20:59

Tramp varislərini AÇIQLADI

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.

"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", - deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: "Marko Rubio əla biridir."

Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: "Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər."

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti "ideal olaraq möhtəşəm bir respublikaçıya" təhvil verəcəyini açıqlamışdı. /APA


SON XƏBƏRLƏR

04 May 2025