• Bakı 15° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Tripolidə atəşkəsdən sonra iğtişaşlar səngiyib
DÜNYA
15 May 2025 | 16:21

Tripolidə atəşkəsdən sonra iğtişaşlar səngiyib

Liviyanın paytaxtı Tripolidə milis qrupunun liderinin öldürülməsindən sonra başlayan qarşıdurmalar, tərəflər arasında əldə olunan atəşkəslə müvəqqəti olaraq səngisə də, şəhərdə vəziyyət hələ də gərgin olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Bildirilir ki, bir neçə gün öncə şəhərdə silahlı qarşıdurmalara səbəb olan hadisələrdən sonra tərəflər arasında razılıq əldə olunsa da, təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətində saxlanılır. Tripolidə bəzi yolların hələ də bağlandığı, təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Yerli mənbələrin məlumatına görə, öldürülən liderin tərəfdarları yeni aksiyalar keçirə biləcəkləri ilə bağlı siqnallar veriblər. Beynəlxalq təşkilatlar isə Liviyada vəziyyətin yenidən silahlı toqquşmalara çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.

Xatırladaq ki, Liviya uzun illərdir müxtəlif silahlı qrupların nəzarəti uğrunda mübarizə apardığı qeyri-sabit bir siyasi mühitdə fəaliyyət göstərir.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR