• Bakı 26° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Türkiyədə ASEAN-ın Dialoq Tərəfdaşı oldu
DÜNYA
21 Iyul 2026 | 20:16

Türkiyədə ASEAN-ın Dialoq Tərəfdaşı oldu

Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin 59-cu Toplantısında qəbul olunan qərara əsasən, Türkiyə ASEAN-ın Dialoq Tərəfdaşı qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada qəbul olunan qərarın Türkiyədə məmnuniyyətlə qarşılandığı vurğulanıb:

“Bu mühüm qərarın qəbul olunmasına göstərdikləri siyasi iradəyə görə ASEAN-a sədrlik edən Filippinə, ASEAN Katibliyinə və üzv dövlətlərə təşəkkürümüzü bildiririk. Münasibətlərimiz baxımından mühüm dönüş nöqtəsi olan bu addım ASEAN ilə strateji əməkdaşlığımızı qarşılıqlı fayda və ortaq rifah prinsipləri əsasında daha da irəli aparacaq. Yenidən Asiya Təşəbbüsümüzün strateji baxışına uyğun olaraq, Asiya-Sakit okean regionu ilə institusional əməkdaşlığımızı dərinləşdirmək istiqamətində fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026