• Bakı 27° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Türkiyənin media nümayəndələri ASAN xidmətdə
CƏMİYYƏT
30 Iyul 2025 | 09:34

Türkiyənin media nümayəndələri "ASAN xidmət"də

29 iyul 2025-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi  diqqətə çatdırılıb.

Media nümayəndələri Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.

Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin və ASAN TV/Radionun fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.


SON XƏBƏRLƏR

30 Iyul 2025