Ukraynanın Desant Hücum Qoşunları və digər cəlb olunmuş bölmələr yanvar-avqust ayları ərzində Aleksandrovka istiqamətində uğurlu hücum əməliyyatı keçiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı bildirib ki, Rusiya əməliyyatlar zamanı ən azı 9550 hərbçisini itirib, 6600-dən çox yaralı verib.
“Ukrayna ordusu 745 kvadrat kilometr ərazini azad edib. Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərində 26 kənd Ukraynanın nəzarətinə qaytarılıb. Əməliyyat zamanı həmçinin Ukrayna üçün mübadilə fonduna yeni əsirlər əlavə olunub”, - Zelenski əlavə edib.
Bakı 











