• Bakı 29° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Uşağın yuxu rejimini dəyişməyin ASAN YOLU
CƏMİYYƏT
12 Avqust 2026 | 15:32

Uşağın yuxu rejimini dəyişməyin ASAN YOLU

“Uşağın rejimini məktəblərin açılmasına bir-iki gün qalmış deyil, ən azı bir-iki həftə əvvəl tənzimləməyə başlamaq lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, yay aylarında uşaqların yuxu rejimi gecikə bilər. Məktəb başlamazdan əvvəl isə səhər oyanma və axşam yatma saatları tədricən daha erkən vaxta keçirilməlidir.

Pediatr bildirib ki, əgər uşaq yayda səhər saat 11-də oyanırsa, bir gün 10:30-da, növbəti gün 10-da oyatmaqla bu saatları tədricən qabağa çəkmək olar:

"Beləliklə, uşaq gün ərzində daha çox aktiv olacaq və axşam daha tez yorulacaq. Uşağı səhər saat 11-də oyadıb axşam saat 21:00-da yatızdırmaqla rejimi birdən-birə dəyişmək mümkün deyil”, - deyə R.Nemətova qeyd edib.

Onun sözlərinə görə, yuxu rejimi ilə yanaşı, qida rejiminin də əvvəlcədən tənzimlənməsi uşağın məktəbə adaptasiyasını asanlaşdırır.

R.Nemətova yatmazdan təxminən bir saat əvvəl telefon, planşet və digər elektron cihazlardan istifadənin dayandırılmasını tövsiyə edib. Bu müddətdə uşağın kitab oxuması və ya sakit fəaliyyətlə məşğul olması daha məqsədəuyğundur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026