• Bakı 22° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Zelenski: 80 min hərbçi itirməyimiz yalandır
DÜNYA
21 Sentyabr 2024 | 14:23

Zelenski: "80 min hərbçi itirməyimiz yalandır"

Ukrayna prezidenti Vladimir Zelenski “The Wall Street Journal”ın (WSJ) Kiyevə tabe olan müdafiə qüvvələrinin müharibədə artıq 80 min hərbçi itirməsi barədə məlumatlarını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Ukraynanın 80 min hərbçi itirməsi yalan xəbərdir”, - o vurğulayıb.

Sentyabrın 17-də Amerikanın “The Wall Street Journal” qəzeti müharibədə həlak olan ukraynalı hərbçilərin sayının 80 min nəfərə çatdığını yazmışdı. Ukrayna mediası Zelenskinin jurnalistlərlə görüşdə 80 min itkinin dezinformasiya olması deməsini məhz WSJ-nin yaydığı məlumatlara cavab kimi qiymətləndirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti dünən özünün Telegram kanalında Kurskla bağlı diqqət çəkən məlumatlar yaymışdı. İddia olunur ki, Ukrayna təkcə bu ərazidə 16 minə yaxın döyüşçü itirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib. (azvision.az)


SON XƏBƏRLƏR