• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zelenski: “Ukraynaya qarşı müharibə cinayətləri törədilib”
DÜNYA
26 Iyun 2025 | 10:14

Zelenski: “Ukraynaya qarşı müharibə cinayətləri törədilib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə qarşı törədilən müharibə cinayətlərinə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, o, beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməlidirlər.

“Ukraynaya qarşı müharibə cinayətləri törədilib və biz bu cinayətlərin cəzasız qalmamasını təmin etməliyik. Məsul şəxslər beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır”, – deyə dövlət başçısı çıxışında bildirib.

Zelenski həmçinin beynəlxalq hüququn aliliyinin qorunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, belə cinayətlərin gələcəkdə təkrar olunmaması üçün cəzasızlıqla mübarizə aparmaq zəruridir.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

25 Iyun 2025