Müğənni Aysun İsmayılova növbəti paylaşımı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı instagram hesabında yeni sevgilisi ilə fotosunu paylaşıb.
Aysun paylaşımına "R" yazaraq, qarşısına qırmızı rəngli ürək qoyub. Bu isə onun tanınmış hüquqşünas Ramil Vəliyevlə sevgili olması iddialarını daha da artırır.
Xatırladaq ki, müğənni bir neçə ay öncə keçmiş həyat yoldaşı Eşqin Cəlilovla ayrılıb. Bir neçə gün əvvəl isə o, sosial şəbəkə hesabında hüquqşunasla ailə quracağı barədə paylaşım etmişdi.
Ziyafət Əlisoy