• Bakı 14° C

    14.03 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Sevgilisi ilə görüşən qızı küçədə döydü

HADİSƏ

01 Aprel 2022 | 15:46

Sevgilisi ilə görüşən qızı küçədə döydü

Türkiyədə sevgilisini küçədə başqa qızla görən K. E. adlı şəxs həmin qızı döyüb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, olay Antalyada baş verib.

Belə ki, zorakılığa məruz qalan Ş.G. adlı gənc qız K.E-nin onu təpiklədiyini, döydüyünü, yerdə sürüdüyünü, bununla yanaşı döyülmə anlarını videoya çəkərək sosial şəbəkədə paylaşdığını bildirib: "Göndərdiyim mesaj sevgilisinə yanlış çatdırılıb. Mən ailəmlə fikir ayrılığı yaşadığımdan evi tərk edib dostumgildə qalırdım. Əli mənə mesaj yazdı ki, nə etdin, qalacaq yer tapa bildinmi?! Mən də dostumgildə qaldığımı bildirdim. Lakin bu mesaj Əlinin sevgilisinə yalnış əks etdirilib. O, 4 rəfiqəsi ilə birlikdə məni evə çağırdı və getdim. Bir az söhbət etdikdən sonra çölə çıxdıq. Bir az keçdikdən sonra 5 qız məni yerə yıxıb təpiklədilər və etdikləri hər şeyi kamera ilə lentə aldılar”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR