• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

10 milyard dollarlıq nəhəng kosmik teleskop orbitə göndərilir

DÜNYA

09 Sentyabr 2021 | 16:30

10 milyard dollarlıq nəhəng kosmik teleskop orbitə göndərilir

"Ceyms Vebb" kosmik teleskopu bu ilin dekabrının 15-də orbitə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NASA" məlumat yayıb.

"NASA", Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan 10 milyard dollarlıq nəhəng kosmik rəsədxana Fransa Qvianasındakı kosmodromdan "Ariane 5" raketi vasitəsilə buraxılacaq.

Hazırda teleskop Kaliforniya ştatının Redondo-Biç şəhərində saxlanılır.

Qeyd edək ki, teleskop insanı Aya göndərən "Apollon" proqramının rəhbəri Ceyms Vebbin şərəfinə adlandırılıb. Teleskop "Habl" kosmik rəsədxanasını əvəz edəcək. Onun Yerdən təxminən 1,6 milyon km uzaqlıqda yerləşən "Laqranj" nöqtəsinə göndəriləcəyi bildirilib.

Qeyd edək ki, yeni teleskop "Böyük partlayış"dan sonra yaranan qədim ulduz və kainatları öyrənmək və eləcə də həyati əhəmiyyətli yeni planetləri tapmaq məqsədilə yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026