• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

11 kiloqram narkotik və psixotrop maddə aşkarlandı - FOTO

HADİSƏ

25 Yanvar 2024 | 08:55

11 kiloqram narkotik və psixotrop maddə aşkarlandı - FOTO

Masallı sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev saxlanılıblar.

Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.


11 kiloqram narkotik və psixotrop maddə aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026