Ötən gecə paytaxtın Nərimanov rayonunda faciəvi hadisə qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, saat 23 radələrində 1984-cü il təvəllüdlü Şəki sakini Xəyalə Rzayeva yaşadığı F.Əsədov küçəsindəki 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı 



