• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

14 yaşlı oğlan kanalda boğuldu - YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2024 | 11:42

14 yaşlı oğlan kanalda boğuldu - YENİLƏNİB

Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.

    Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    09:49

    Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

    2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

    Nəticədə yeniyetmə suda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025