Konqo Demokratik Respublikasının cənub-qərb əyalətində 143 nəfər naməlum xəstəlikdən ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki və səhiyyə naziri Apolliner Yumba ötən gün bildiriblər ki, yoluxanlarda qripin simptomları, o cümlədən yüksək hərarət və güclü baş ağrıları müşahidə olunub.
Xəstəliyin müəyyən edilməsi üçün analiz aparmaq məqsədilə əraziyə həkim briqadası göndərilib. Yoluxanların sayı artmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, BMT mövcud vəziyyətdən narahatdır və xəstəliyin öyrənilməsi üçün ölkə hökuməti ilə birlikdə işləyir.