• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

16 rusiyalı atlet beynəlxalq yarışlardan kənarlaşdırılıb

İDMAN

28 Yanvar 2024 | 22:33 | Müəllif: Subhan Mahmudov

16 rusiyalı atlet beynəlxalq yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən, 16 rusiyalı ağırlıqqaldıranı müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qara siyahıya ikiqat dünya çempionu Aleksandr İvanov da daxil edilib.

İdmançıların bir çoxunun artıq uzun müddətdir ölkəyə qarşı sanksiyalar səbəbindən yarışlarında iştirak etmədiyi bildirilib.

Yarışdan kənarlaşdırılanların siyahısına 2011-ci il dünya çempionatının gümüş mükafatçıları Aleksey Yufkin, 2013-cü il dünya çempionatının bürünc mükafatçısı Ramazan Rəsulov, 2009-cu il Avropa çempionatının bürünc medalçısı Dmitri İvanenko, gənclər və yeniyetmələr arasında dünya çempionatının medalçıları da daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026